Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin63 449 $▼1.51%
  • Ethereum1 742 $▼1.77%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

600-ə yaxın rusiyalı diplomat Qərb ölkələrindən qovulub

image-1379113
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

2022-ci il fevralın 24-dən bəri Qərb ölkələrindən və ABŞ-ın bəzi Sakit okean müttəfiqlərindən 574 rus diplomatı müxtəlif səbəblərə görə sözügedən ölkələrdən çıxarılıb. 

Busaat.az bu barədə TASS-a istinadən xəbər verir.

Bu, indiyə qədərki ən böyük qovulmadır. 2018-ci ildə Skripalın zəhərlənməsi hadisəsinə görə sadəcə 123 rus diplomatı “personae non-qrata” elan edilib.

Qeyd edək ki, rus diplomatların birdəfəlik ən böyük qovulması 2022-ci ilin iyununda baş verib. Bolqarıstan 70 diplomatı ölkədən çıxarıb.

Bundan başqa Polşa, Almaniya, Slovakiya,  Fransa, Sloveniya,  İtaliya da rusiyalı diplomatları ölkədən çıxarıb.  Ümumilikdə 29 Avropa ölkəsi, o cümlədən ABŞ və Yaponiya rus diplomatlarına qarşı qeyri-dost addımlar atıb. Həmçinin on doqquz rusiyalı işçi Rusiyanın Avropa İttifaqındakı nümayəndəliyindən kənarlaşdırırlıb.

Rusiyanın Ukraynada hərbi əməliyyatı başlayandan bəri diplomatik nümayəndəlik səviyyəsi Latviya, Litva və Estoniya tərəfindən aşağı salınıb. 2023-cü il yanvarın 23-də Latviya diplomatik münasibətləri müvəqqəti işlər vəkili səviyyəsinə endirmək qərarı alıb.

Bolqarıstan, Latviya, Litvada və Estoniyada Rusiya konsulluqları bağlanıb.

Ukrayna prezidenti Volodimir Zelenski 2022-ci il fevralın 24-də Rusiya ilə diplomatik əlaqələri kəsib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=98347