
7,7 bal gücündə zəlzələdən sonra sunami xəbərdarlığı verildi
Sakit okeanın cənubunda baş verən 7,7 bal gücündə zəlzələ bölgədə sunami panikasına səbəb olub.
Busaat.az xəbər verir ki, Fransaya aid Yeni Kaledoniyada, Sakit okeanın cənubunda baş verən 7,7 bal gücündə zəlzələdən sonra sunami xəbərdarlığı edilib.
ABŞ Geologiya İnstitutundan verilən açıqlamada Yeni Kaledoniyanın Loyalty adalarını silkələyən zəlzələnin 38 kilometr dərinlikdə baş verdiyi bildirilib.
Zəlzələ bəzi yerlərdə çaxnaşma yaradıb, bölgədəki səlahiyyətlilər insanları çimərliklərdən uzaq durmağa çağırıb.
ABŞ-nin sunami xəbərdarlığı sistemi Sakit okean adalarında bir neçə metrlik dalğaların görünə biləcəyini qeyd edib. Avstraliya və Yeni Zelandiya da sahil ərazilərində qeyri-adi dalğalar gözlədiklərini açıqlayıb.
Sakit Okean Sunami Xəbərdarlıq Mərkəzi daha sonra verdiyi açıqlamada sunami riskinin xeyli azaldığını bildirib.
Busaat.az























