7 yaşlı uşaq bədbəxt hadisə nəticəsində öldü

image-usaqbackend

Bakıda bədbəxt hadisə baş verib.

Busaat.az-ın “Report”a istinadən məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Balaxanı qəsəbəsində evlərdən birinin həyətinin darvazası 2014-cü il təvəllüdlü Mustafazadə Məhərrəm Elgün oğlunun üzərinə aşıb. Nəticədə 7 yaşlı uşaq ağır xəsarətlər alıb. M.Mustafazadə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90