83 milyonluq Türkiyə olaraq qardaşlarımızın yanındayıq- Hulusi Akar

83 milyonluq Türkiyə olaraq qardaşlarımızın yanındayıq- Hulusi Akarbackend

“Xocalıda bütün dünyanın gözü qarşısında soyqırımı törədən, Dağlıq Qarabağı işğal edən Ermənistana qarşı bütün imkanlarımızla Azərbaycanın yanındayıq”.

Busaat.az xəbər verir ki, bu sözləri Bakıda rəsmi səfərdə olan Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.

Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla birgə “TurAz Qartalı” hərbi təlimlərini izləyən və hərbçiləri təbrik edən nazir bəyan edib ki, ikinci vətəni Azərbaycanda olmaqdan məmnunluq və həyəcan hiss edir: “Türkiyə və Azərbaycan iki dövlət olsalar belə eyni millətin övladlarıdır. Bizim tariximiz, dilimiz, irfanımız, mədəniyyətimiz birdir. Canımız, qanımız birdir. Bir ananın iki oğlu olan Türkiyə və Azərbaycan arasındakı münasibətlər gerçək qardaşlıq münasibətləridir. İki bədəndə bir can olan bu qardaşlığımız bizim üçün vazkeçilməzdir”.

Onun sözlərinə görə, iki dövlət atalarından əmanət qalan qardaşlıq bağlarını əl-ələ verərək gələcək nəsillərə miras qoymaq vəzifəsini daşıyır: “Bu fikirlə iki dövlət, bir millət anlayışına sahib Azərbaycan və Türkiyə dünən olduğu kimi, bu gün də hər cür təhdid və təhlükəyə qarşı, kədərdə və sevincdə bir və bərabər olub. Bundan sonra da olacaq. Bundan heç kimin şübhəsi olmasın. Geosiyasi problemlərin, terrorun, qanunsuz miqrasiyanın və təhlükəsizlik qayğıarının sürətlə artdığı dövrdə iki dövlərin bərabərliyi, əməkdaşlığı son dərəcə əhəmiyyətlidir. Bu səbəbdən can Azərbaycan ilə hər sahədə yaxşı münasibətlərimizi daha da inkişaf etdirmək üçün işlərimizi artırmaqda davam edirik”.

Akarbildirib ki, hər an hərəkata hazır ordu üçün müasir silah, avtomobil və avadanlıqlara sahib olmaqla yanaşı, yaxşı təlimli heyət də əhəmiyyətlidir”.

Türkiyənin qurucu lideri Mustafa Kamal Atatürkün “Azərbaycanın dərdi bizim dərdimizdir. Azərbaycanın sevinci sevincimizdir” sözlərini xatırladan Akar sözlərini belə yekunlaşdırıb: “Ermənistanın Azərbaycanın Tovuz rayonunda gerçəkləşdirdiyi xain hücumu bir daha şiddətlə qınayırıq. Azərbaycan xalqına başsağlığı, səbr, Silahlı Qüvvələrinə güc-qüvvə diləyirik. Yaşadığınız kədəri millətcə dərindən hiss edirik. Xocalıda bütün dünyanın gözü qarşısında soyqırımı törədən, Dağlıq Qarabağı işğal edən Ermənistana qarşı bütün imkanlarımızla Azərbaycanın yanındayıq. Azərbaycanın haqlı mübarizəsinə və ərazi bütövlüyünə olan dəstəyimiz bundan sonra da eyni şəkildə davam edəcək. Azərbaycanın işğal altındakı topraqlarını xilas etmək mübarizəsində 83 milyonluq Türkiyə olaraq qardaşlarımızın yanındayıq”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90