Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 043 $▲1.46%
  • Ethereum1 820 $▲2.93%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Dünya

Ukrayna Rusiyaya hücumları artırıb

image-ukrayna-rusya-reu-1858162_2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ukrayna sərhədlərinə yaxın yerləşən Rusiyanın Belqorod şəhərinə hücumlarını davam etdirib. Ukrayna tərəfinin son hücumda bir elektrik stansiyasını vurduğu elan edilib.

Busaat.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.

Məlumata görə, Ukrayna ordusu ötən gecə Belqorodda silah-sursat anbarını hədəf alıb və hücum nəticəsində anbarda güclü yanğın baş verib.

Anbardakı sursatların partladığı bildirilib. Rusiya mediyasına görə, şəhərdə böyük panikaya yol açan hücumlar dünən də davam edib. Ukraynanın dünən axşam şəhərdəki bir elektrik stansiyasını raketlərlə hədəf aldığı açıqlanıb. Qubernator Qladkov Ukrayna ordusunun intiqam məqsədi ilə şəhərə hücumları çoxaltdığını əlavə edib.

Qeyd edək ki, sosial şəbəkələrdə də elektrik stansiyasında baş verən yanğın və tüstünün yüksəldiyini əks etdirən videolar paylaşılıb. Böyük partlayışların baş verdiyi elektrik stansiyasına dəyən ziyanla bağlı heç bir açıqlama verilməyib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=87719