1.Malkolm Törnbull
Avstraliyanın baş naziri hökümətin saytında 3 it adından bloq yazır. Bloqun adı “Dog Blog”dur. Qeyd etmək lazımdır ki, Roksi, Co-Co və Dasti Törnbull ailəsinin sevimliləridir. Postlar gec-gec olsa da, hamısı yeni Avstraliya prozasının incisinə çevrilir.
2. Kim Çen In
Şimali Koreyanın diktatoru öz xalqını qərb sivilizasiyasının “mənfi” təsirlərindən qorusa da özü dünyanın aparıcı brendlərinə vurğundur. O, basketbol azarkeşidir, “Nike” idman ayaqqabılarını xoşlayır, “Saint Laurent” kostümlərini geyir, “Johnnie Walker” skotçu içir və pop-mədəniyyətə yüksək qiymət verir.
3.Narendra Modi
Hindistanın baş naziri aşırı ədabazdır. Onun müxalifi – siyasətçi Mulayam Sinq Yadav qeyd edir ki, Modi gündə 500 dəfə paltarını dəyişir və hər görüş üçün yeni kurta (ənənəvi hind köynəyi) geyinir. ABŞ və Almaniyaya səfərlər zamanı kostümə üstünlük verən Narendra, Monqolustana gedəndə yerli milli paltar geyinir.
4. Angela Merkel
“Tevtonlu Marqaret Tetçer” dəhşətli şopoqolikdir. Düzü o paltar yox, məişət kimyası və ərzaq almağı xoşlayır. O, 35 il ərzində sosialist Almaniyasında yaşayıb. Buna görə də onu uzun illərdir ki, boş dükan rəfləri və ucu-bucağı görünməyən növbələr ilə bağlı qarabasmalar təqib edir. Paltara isə önəm vermir.
5.Mark Rüqqe
Hollandiyanın baş naziri öz statusundan istifadə etmir. Çox asket adamdır. Hətta xarici səfərlərə gedəndə nəqliyyat vasitəsi kimi velosipeddən istifadə edir. Rüqqe qeyd edir ki, beləliklə o ətraf mühitə qayğı ilə yanaşır.
6.Kiçik Corc Buş
Buş ailəsinin qidaya qarşı qeyri-adi münasibəti var. Atası brokollidən o qədər nifrət edirmiş ki, bir dəfə “Polşa totalitarizmə qarşı üsyan etdiyi kimi, mən brokolliyə qarşı üsyan edirəm və təslim olmaq istəmirəm” cümləsini işlədib. Atası kimi fastfud sevdalısı olan kiçik Corc Buş bütün günü pizzburger (pizza ilə çizburgerin qarışığı) yeməyə hazırdır. O bütün xəmir yeməklərini xoşlayır.
7.Xose Muhika
Uruqvayın sabiq dövlət başçısı Xose Muhikanı “dünyanın ən kasıb prezidenti” adlandırırlar. O, avtostopla səyahət edənləri öz qədim “Volksvagen”inə mindirir, və heç bir pula və şöhrətə meyl etmir. Prezidentlik dönəmində o 12 500 dollarlıq aylıq maaşının 1/10 hissəsini özünə götürür, qalanını isə kasıblar arasında paylayırdı.
8. Donald Tramp
ABŞ-ın qalmaqallı sabiq prezidenti qapıları dirsəkləri ilə açmağı ilə məşhurdur. O, heç bir dəstəyə toxunmur və işçilərinə antiseptik hədiyyə etməyi xoşlayır. Bunun bir adı var – hermofobiya (mikrob qorxusu).
9. Con Key
Yeni Zelandiyanın baş naziri insanların saçlarına toxunmağı sevir. Oklenddıki kafelərdən birinə C.Key mütəmadi olaraq nahar etməklə birgə, oradakı ofisiyant qadının saçlarını yolmaq üçün gəlirdi. Qadının bunu etməmək barədə xahişlərini o gülümsəyərək qarşılayırdı. Həmin qadın bu məsələni KİV-lərdə şişirdəndən sonra C.Key hamının qarşısında üzr istəməli olmuşdu.