9 nəfərin ölümündən sonra Serbiyanın təhsil naziri istefa verdi

image-168348669821262883706457f7ea0270ebackend

Serbiyanın paytaxtı Belqradda 9 nəfərin ölümü ilə nəticələnən məktəbə hücumdan sonra Serbiyanın təhsil naziri Branko Ruziç istefa verib.

Busaat.az xəbər verir ki, Ruziç Serbiyanın baş naziri Anaya istefa məktubunda yazıb:

“Məsuliyyətli və savadlı bir insan, indiyə qədər bütün ictimai vəzifələri yerinə yetirmiş peşəkar, valideyn və Serbiya vətəndaşı olaraq mən istefa vermək qərarına gəldim”.

Qeyd edək ki, Serbiyada mayın 3-də Belqradda 13 yaşlı şagird atasının silahı ilə oxuduğu məktəbdə 8 şagird və 1 məktəb rəsmisini öldürmüş, hücuma görə ölkədə 3 günlük milli matəm elan edilmişdi.

Mayın 5-nə keçən gecə Mladenvaçda bir nəfərin avtomobilindən atəş açması nəticəsində isə 8 nəfər ölüb, 14 nəfər yaralanıb.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90