
Türkiyə, Rusiya və İran Suriya mövzusunda razılaşdı
Suriya üzrə Astana prosesinin qarant ölkələri (Türkiyə, Rusiya, İran) Suriya üzrə 19-cu beynəlxalq Astana iclasında qəbul edilən birgə bəyanata əsasən, Suriyanın şimalı ilə bağlı bütün razılaşmaların tam şəkildə həyata keçirilməsinin zəruriliyini vurğulayıblar.
Busaat.az xəbər verir ki, bu barədə tərəflər birgə bəyanatla çıxış edib.
“Tərəflər Suriyanın şimalı ilə bağlı bütün mövcud razılaşmaların tam şəkildə həyata keçirilməsinin vacibliyini vurğuladılar” – deyə, bəyanatda deyilir.
Bundan əlavə, tərəflər Suriyanın şimal-şərqindəki vəziyyəti müzakirə ediblər və bölgədə davamlı təhlükəsizlik və sabitliyə nail olmağın ancaq Suriyanın suverenliyi və ərazi bütövlüyünü qorumaqla mümkün olduğu barədə razılığa gəliblər.
Üç ölkə, həmçinin, terrorizmlə mübarizə bəhanəsi ilə müxtəlif güc qruplarının yeni reallıqlar yaratmaq cəhdlərini, o cümlədən qeyri-qanuni özünüidarəetmə təşəbbüslərini rədd edib.
Busaat.az























