Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 450 $▲0.53%
  • Ethereum1 794 $▲1.44%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

AB-nin Çinin Rusiyaya silah tədarükü ilə bağlı sübutu yoxdur - fon der Leyen

image-ursula-von-der-leyen-reuters-1561210_2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Avropa Birliyinin (AB) Çinin Rusiyaya hər hansı silah tədarük etdiyinə dair indiyədək heç bir sübutu yoxdur.

Busaat.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib.

Diplomat Almaniya kansleri Olaf Şolz ilə birgə mətbuat konfransında deyib: “Hələlik buna dair heç bir sübutumuz yoxdur, lakin vəziyyəti gündəlik izləməliyik”.

O, Pekinin Moskvaya hərbi yardım göstərəcəyi təqdirdə ona qarşı mümkün sanksiyalara toxunaraq qeyd edib: “Bu hipotetik sualdır və yalnız reallaşdıqda cavab verilə bilər”.

Qeyd edək ki, ABŞ dövlət katibi Antoni Blinken fevralın 18-də Çinin Ukraynada istifadə olunacaq silah və sursatları Rusiyaya tədarük etməyi düşündüyünü iddia edib. Pentaqonun sözçüsü Patrick Ryder də ABŞ ordusunun Çindən Rusiyaya heç bir silah transferi qeydə almadığını, lakin Çinin belə bir variantı nəzərdən keçirdiyini istisna etməyib. Buna cavab olaraq Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning bildirib ki, Çin hakimiyyəti ABŞ-ın Moskvaya hərbi dəstək iddiası ilə bağlı təhdid və təzyiqlərinə dözməyəcək.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=102837