Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 420 $▲2.04%
  • Ethereum1 831 $▲3.53%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

AB-nin neft embarqosu Rusiyaya gündə 160 milyon avroya başa gəlir – CREA

image-rusiya-nefti
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Avropa Birliyinin (AB) Rusiya xam neftinə tətbiq etdiyi sanksiyalar və maksimum qiymət həddi qərarının ölkəyə gündəlik 160 milyon avroya başa gəldiyi, fevral ayından etibarən qüvvəyə minəcək əlavə tədbirlərlə bu rəqəmin gündəlik 280 milyon avroya yüksələcəyi hesablanıb.

Busaat.az xəbər verir ki, Enerji və Təmiz Hava Araşdırma Mərkəzinin (CREA) məlumatına görə, Rusiyanın qalıq yanacaq ixracından əldə etdiyi gəlir embarqo və qiymət həddi ilə əhəmiyyətli dərəcədə azalıb.

Sözügedən təcrübə Rusiyanın xam neft gəlirlərinin 32 faiz azalmasına səbəb olub. Rusiyanın embarqo və maksimum qiymət həddi səbəbindən gündə 160 milyon avro itirdiyi hesablanıb.

Gəlirlərinin azalmasına baxmayaraq, Rusiya ümumi qalıq yanacaq ixracından gündə 640 milyon avro qazanır. Digər tərəfdən, 5 fevralda AB-nin Rusiyadan emal olunmuş neft məhsullarına qarşı növbəti embarqosunun qüvvəyə minməsi ilə gündəlik itkilərin 120 milyon avro artacağı proqnozlaşdırılır.

Belə ki, ümumilikdə, Rusiyaya xam neft və neft məhsullarına tətbiq edilən qadağa və maksimum qiymət həddi ilə ölkənin enerji gəlirlərinin gündəlik 280 milyon Avro azalacağı təxmin edilir.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=96644