
“Abrams” tanklarının ilk partiyasının Ukraynaya gəliş tarixi AÇIQLANIB
ABŞ-nin Ukraynaya tədarük etdiyi “Abrams” tanklarının ilk partiyasının həftə sonu çatdırılması təsdiqlənib və tanklar payızın əvvəlində Ukraynaya çatmalıdır. B
Busaat.az xəbər verir ki, bunu ABŞ ordusunun tədarük departamentinin rəhbəri Duq Buş bildirib.
“İndi onlar Avropaya, daha sonra isə Ukraynaya özlərinə aid olan döyüş sursatı, ehtiyat hissələri, yanacaq avadanlığı, təmir obyektləri ilə birgə çatmalıdırlar”, – Buş deyib.
Qeyd edək ki, söhbət 31 tankın çatdırılmasından gedir.
Busaat.az























