
ABŞ 2 Çin kəşfiyyatçısını məhkəmə prosesini əngəlləməkdə günahlandırıb
ABŞ 2 Çin kəşfiyyatçısını Çin mərkəzli bir şirkət haqqında sənədləri oğurlamaq və Federal Kəşfiyyat Bürosu (FBI) işçisinə rüşvət verərək ədalətli məhkəmə prosesini əngəlləmək ilə günahlandırıb. Busaat.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə naziri Çin ilə bağlı 3 müxtəlif iş üzrə ittiham aktı elan etdiyini açıqlayıb. Açıqlamada iddia edilib ki, Gouchun He və Zheng Wang adlı 2 Çin agenti New Yorkda bir Çin şirkəti haqqında qaldırılmış məhkəmə prosesinə aid sənədləri oğurlayıb. Çinlə bağlı digər məsələlərdə ümumilikdə 13 nəfər müxtəlif cinayətlərdə ittiham olunub. Qeyd edək ki, Ədliyyə Nazirliyinin açıqlamasında şirkətin adı qeyd edilməsə də, ABŞ mediyasındakı xəbərlərdə sözügedən şirkətin Huawei olduğu iddia edilib.























