Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 466 $▼4.04%
  • Ethereum1 829 $▼5.09%
  • S&P 5007 562▼0.40%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

ABŞ 2024-cü il seçkiləri zamanı Ukrayna münaqişəsini gərginləşdirə bilər

image-1397765
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ölkədə davam edən prezidentlik yarışı ilə bağlı tərəflərdən birinə əlavə səs lazım gələrsə, ABŞ 2024-cü ildə Ukrayna münaqişəsini gərginləşdirə bilər.

Busaat.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının (parlamentin yuxarı palatası) sədr müavini Konstantin Kosaçev bildirib.

“Bu, çox təhlükəli vəziyyətdir, çünki amerikalılar öz partiyalararası rəqabətdə xarici siyasətdən istifadə etməkdən çəkinmirlər. Əgər partiyalardan biri seçkilərdə daha çox səs toplamaq üçün Ukraynada vəziyyəti gərginləşdirməli olduğunu hiss edirsə, bunu da edəcək. ABŞ davranışının gözlənilməzliyi artacaq və quyruğu yenidən iti yelləməyə başlaya bilər”, – o, deyib.

Onun sözlərinə görə, ağır silah növlərinin tətbiqi ilə hərbi münaqişənin daha da genişlənməsi nüvə silahından istifadə ehtimalını artıra bilər. “Xoşbəxtlikdən biz hələ o həddə çatmamışıq. Lakin ona yaxınlaşmaq riski var”, – Kosaçev qeyd edib.

Kosaçev bildirib ki, Vaşinqton ötən il Ukrayna prezidenti Vladimir Zelenskini Rusiya ilə istənilən danışıqlardan imtina etməyə inandırıb və danışıqlar yoluna qayıtmaq niyyətində deyil.

“Bu proses ötən ilin martında başlayıb, sonra prezident Zelenski fərmanla özünə və Ukraynanın bütün digər hakimiyyət orqanlarına belə danışıqlarda iştirak etməyi qadağan edib. Bu, Əlbəttə, ABŞ-nin verdiyi qərardır. Çox güman ki, onlar öz qərarlarını geri qaytarmaq imkanına malikdirlər. Amma mən hələ belə niyyət görməmişəm”, – diplomat əlavə edib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=116587