
ABŞ administrasiyası Kennedinin qətli ilə bağlı minlərlə yeni sənəd dərc edib
Co Bayden administrasiyası 1963-cü ildə ABŞ-ın 35-ci prezidenti Con Kennedinin öldürülməsi ilə bağlı minlərlə məxfi sənədləri açıqlayıb.
Busaat.az xəbər verir ki, Bayden administrasiyası Milli Arxivlər və Qeydlər Administrasiyasının (NARA) saytında sui-qəsdlə bağlı 12 875 yeni sənədi ictimaiyyətlə paylaşıb.
Açıqlanan sənədlərin əksəriyyətinin redaktə prosesi zamanı silindiyi görünsə də, Bayden bəzi sənədləri “kəşfiyyat fəaliyyətlərinə zərər verə bilər” səbəbiylə məxfi saxlayıb. Bayden məxfilik əhəmiyyəti daşıyan qalan sənədlərin 30 iyun 2023-cü ilə qədər dərc olunacağını açıqlayıb.
Sui-qəsdlə bağlı sənədlərin 95 faizi dərc edilib
Bu gün açıqlanan sənədlərin əksəriyyəti ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (CİA) aid sənədlərdir.
Kennediyə Bağlı Sənədlər
ABŞ prezidenti Con Kennedi 1963-cü il noyabrın 22-də seçki mitinqlərinə qatılmaq üçün getdiyi Texasda sui-qəsd nəticəsində öldürülüb.
Ali Məhkəmənin sədri Erl Uorrenin apardığı araşdırmada sui-qəsdi həyata keçirən Li Harvi Osvaldın təkbaşına hərəkət etdiyi qənaətinə gəlinib. Lakin hakim istintaqın natamam olduğu iddiası ilə tənqid edilib və sonradan Konqresdə yaradılmış komissiya qətlin sui-qəsd ola biləcəyini bəyan edib.
NARA, 1992-ci il JFK qanununun tələb etdiyi kimi, sui-qəsdlə bağlı çoxlu sayda məxfi olmayan sənədləri yayımlayıb.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp isə, 2017 və 2018-ci illərdə bəzi sənədləri milli təhlükəsizlik baxımından məxfi adlandırıb, ancaq qarşılığında məxfilik daşımayan minlərlə sənədi ictimaiyyətə təqdim edib. Bayden administrasiyası isə, keçən il dekabrın 15-də minlərlə sənədi təqdim edib.
Busaat.az























