
ABŞ, Aİ və G7-dən Rusiya görüşü
ABŞ dövlət katibi Antoni Blinken G7 ölkələrinin xarici işlər nazirləri və Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozef Borrell ilə Rusiyadakı hadisələri müzakirə etdiyini açıqlayıb.
Busaat.az xəbər verir ki, Blinken sosial şəbəkə hesabından mövzu ilə bağlı mesaj yayımlayıb.
ABŞ-nin Rusiyadakı proseslər kontekstində “müttəfiqləri və tərəfdaşları ilə yaxın koordinasiyada” olacağını bildirən Blinken, G7 xarici işlər nazirləri və AB Ali Nümayəndəsi Borrell ilə görüşdüyünü bildirib.
Bu arada Britaniya Xarici İşlər Nazirliyi Vaqner qrupunun Rusiya administrasiyasına qarşı üsyan etməsindən sonra bu ölkəyə səyahət xəbərdarlığını yeniləyib. Britaniyanın Xarici işlər naziri Ceyms Cleverly, baş verənlərlə bağlı Twitter hesabında paylaşım edib: “Rusiya ordusu və “Vaqner” da daxil olmaqla, hadisələri yaxından izləyirik və müttəfiqlərimizlə sıx əməkdaşlığımızı davam etdiririk”.
Avstriya həmçinin “Vaqner” böhranı səbəbindən öz vətəndaşlarına Rusiyanın, xüsusən də Ukrayna ilə sərhəddə yerləşən şəhərlərinə getməmək barədə xəbərdarlıq edib.
Baş nazir Karl Nehammer Rusiyada baş verən hadisələrlə bağlı AB səviyyəsində dövlət və hökumət başçıları ilə məsləhətləşdiklərini ifadə edərək, “nüvə silahlarının yanlış insanların əlinə keçməməsi lazım olduğunu” və bu mövzunun narahatlıq doğurduğunu bildirib.
Busaat.az























