Məzmuna keç
  • Brent neft88.68 $▼4.10%
  • WTI neft81.89 $▼3.36%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Təbii qaz (ABŞ)3.377 $▲6.80%
  • Qızıl3 728 $▼1.56%
  • Gümüş44.98 $▼1.82%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda586.75 ¢▼3.06%
  • Bitcoin62 332 $▼3.92%
  • Ethereum1 759 $▼3.51%
  • S&P 5007 324▼0.23%
9°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

ABŞ Belarusa növbəti dəfə sanksiya tətbiq edib

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ Maliyyə Nazirliyi 9 avqustda Belarusda keçirilən prezident seçkiləri və seçkidən sonrakı hadisələrin zorakılıqla yatırılmasında rol oynadıqlarına görə bəzi yüksək vəzifəli şəxslərə qarşı məhdudiyyət tətbiq edib.

Busaat.az xəbər verir ki, sanksiyalar Belarus daxili işlər nazirinin müavini və Cinayət Polisi Departamentinin direktoru Henadz Arkadziyeviç Kazakeviç, üç polis əməkdaşı və Mərkəzi Seçki Komissiyasına şamil edilib.

Bəyanatda Kazakeviçdən əlavə, Minsk Xüsusi Polis Bölməsi, Minsk Şəhər İdarəetmə Komitəsinin Daxili İşlər Baş İdarəsi, Minsk etirazlarına şiddətli müdaxilə edən və dövlət təhlükəsizliyində əhəmiyyətli bir xüsusi qüvvə olan “KGB Alfa” bölməsinin də sanksiya siyahısına salındığı bildirilib.

Maliyyə Nazirliyi əvvəllər sanksiya siyahısına daxil edilmiş Belarus MSK da daxil olmaqla, Prezident Aleksandr Lukaşenko və vitse-prezidentlərinə qarşı da məhdudiyyət tətbiq etdiyini açıqlayıb.

Nazirlik sanksiyalara əsasən, bu qurumların və şəxslərin mal varlıqlarının dondurulduğunu və ABŞ vətəndaşlarının sözügedən qurum, şəxslərlə hər hansı bir iş görməsinin qadağan olunduğunu qeyd edib

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=28690