ABŞ, Böyük Britaniya və Aİ Krım körpüsünə edilən hücumların əvəzini ödəyəcək – Zaxarova

image-default-77backend

ABŞ, Böyük Britaniya və Avropa İttifaqı Kiyev rejiminin Krım körpüsünə hücum cəhdlərinin əvəzini ödəyəcəklər.

Busaat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova deyib.

Ukraynanın müdafiə naziri Aleksey Reznikovun Kiyevin Krım körpüsünə hücumunu davam etdirəcəyi ilə bağlı bəyanatını şərh edən Zaxarova, deyib: “ABŞ, İngiltərə Aİ ilə birlikdə bunun əvəzini ödəyəcək”.

Xatırladaq ki, bundan əvvəl Reznikov Krımda Ukraynanın hücum etdiyi obyektləri və Krım körpüsünü “qanuni hədəflər” adlandırıb.

Nazirin sözlərinə görə, belə hücumlar “Rusiyanın döyüş qabiliyyətini azaldır”.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki