
ABŞ “Böyük Depressiya"ya doğru gedir - Tramp
ABŞ iqtisadi problemlərinə görə böyük depressiya doğru gedir.
Busaat.az xəbər verir ki, bu sözləri ABŞ-ın sabiq prezidenti Donald Tramp deyib.
“ABŞ tarixində ən böyük və ən axmaq vergi artımı ilə bağlı irəli sürülən təkliflərlə Co Bayden müasir dövrün Herbert Huver (1929-1933-cü illərdə ABŞ prezidenti) kimi tarixə düşəcək. Bizi 1929-cu ildən daha böyük və güclü depressiya gözləyir. Bunun sübutu kimi banklar artıq çökməyə başlayır”, – deyə Tramp sosial şəbəkə hesbında yazıb.
Kaliforniya Maliyyə Mühafizəsi Departamenti ABŞ-ın 16-cı ən böyük bankı olan Silicon Valley Bank-ın müflis olduğunu bildirib.
CNN-in xəbərinə görə, bu, 2008-ci il maliyyə böhranından sonra ABŞ-da ən böyük bank uğursuzluğu olub.
Qeyd edək ki, Böyük Depressiya 24 oktyabr 1929-cu ildə ABŞ-da birjanın çökməsi ilə başlayan qlobal iqtisadi böhran idi. Böhran 1939-cu ilə qədər davam etdi.
Busaat.az























