Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 113 $▲1.56%
  • Ethereum1 825 $▲3.22%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Dünya

ABŞ, Cənubi Koreya və Yaponiyadan ortaq qərar: Pxenyana qarşı birlikdə addımlar atılacaq

image-16485499151272143985_1000x669
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Yaponiya xarici işlər nazirinin müavini Mori Takeo Tokioda ABŞ dövlət katibinin müavini Vendi Şerman və Cənubi Koreya xarici işlər nazirinin müavini Ço Hyun Donqla görüşüb.

Busaat.az xəbər verir ki, görüş zamanı nazir müavinləri Şimali Koreyanın regionda artan hərbi təzyiqlərini müzakirə ediblər.

Beləliklə, görüşün sonunda Yaponiya, ABŞ və Cənubi Koreya Şimali Koreyanın regional hərbi təhdidlərinə qarşı çəkindirmə addımlarını gücləndirmək barədə razılığa gəliblər.

Diplomatlar Şimali Koreyanın “beynəlxalq ictimaiyyət üçün ciddi və açıq təhdid” kimi qiymətləndirdikləri nüvə və raket proqramlarına qarşı birgə tədbirlər görməyə razılaşıblar.

Yaponiya xarici işlər nazirinin müavini Mori birgə mətbuat konfransında regional təhlükəsizlik vəziyyətinin sürətlə pisləşdiyini və bu istiqamətdə üç ölkənin əməkdaşlığının vacib olduğunu bildirib.

Mori bildirib ki, üç ölkə Rusiya-Ukrayna böhranında Moskva administrasiyasının nüvə şantajına qarşı birgə addım atmaq mövzusunda da razılaşıb.

Cənubi Koreya XİN müavini Donq qeyd edib ki, Şimali Koreyanın yeni nüvə sınağı keçirəcəyi təqdirdə Yaponiya, Cənubi Koreya və ABŞ görünməmiş miqyasda cavab verməyə razılaşıblar.

ABŞ dövlət katibinin müavini Şerman da “bölgədə ehtiyatsız və sabitliyi pozan” kimi xarakterizə etdiyi Şimali Koreyanı təxribatlara son qoymağa çağırıb.

Şerman Yaponiya və Cənubi Koreyanı müdafiə etmək üçün nüvə, adi və raket əleyhinə müdafiə də daxil olmaqla bütün hərbi imkanlarından tam istifadə edəcəklərini bir daha vurğulayıb.

Eyni zamanda diplomatlar, Çinin regional təsirini artırdığı Şərqi Çin və Cənubi Çin dənizlərində də status-kvonun dəyişdirilməsi cəhdlərinə qarşı birlikdə olduqlarını bildiriblər.

Qeyd edək ki, Pxenyan administrasiyası Birləşmiş Millətlər Təşkilatının (BMT) qətnamələrini pozaraq 2022-ci ilin əvvəlindən bəri müxtəlif məsafələrdə 20-dən çox ballistik raket sınağı keçirib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=88659