
ABŞ Çinin daxili işlərinə qarışmağı dayandırmalıdır - Çin XİN
ABŞ Çinin daxili işlərinə qarışmağı dayandırmalıdır.
Busaat.az xəbər verir ki, bu sözləri Çinin xarici işlər naziri Qin Qan ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı deyib.
Qin Qan Blinkenə Pekinin Tayvan və digər mühüm məsələlərlə bağlı mövqeyini təqdim edib.
“Amerika tərəfi hörmət göstərməli, Çinin daxili işlərinə qarışmağı dayandırmalı və Çinin suverenliyinə, təhlükəsizliyinə və inkişaf maraqlarına zərər verməməlidir”, – nazir bildirib.
Busaat.az























