Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 526 $▲2.21%
  • Ethereum1 829 $▲3.45%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

ABŞ-da 40 min insana təsir edən hücum - FBİ işə qarışdı

image-fbi
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ-ın Şimali Karolina ştatında təxminən 40 min insanın işıqsız qalmasına səbəb olan yarımstansiyaya hücumla bağlı istintaq başladılıb. İstintaq prosesinə Federal Təhqiqat Bürosu (FBİ) də daxil edilib.

Busaat.az xəbər verir ki, Moore Polis Ofisinin verdiyi açıqlamada bildirilib ki, yarımstansiyada həftə sonu atışma baş verib və bu atışma qəsdən törədilib.

Hücumun səbəbkarları və motivləri ilə bağlı hələlik heç bir məlumat paylaşılmasa da, FBİ-nin də istintaqa cəlb olunduğu bildirilir.

Rəsmilər hücumun yarımstansiyaya milyonlarla dollar ziyan vurduğunu və təmirin bir neçə gün çəkə biləcəyini deyirlər.

Yarımstansiya təmir olunana və əlavə təlimatlar verilənə qədər ərazidəki məktəblər də bağlanacaq.

Qeyd edək ki, şənbə günü axşam ABŞ-ın Mur rayonunda elektrik yarımstansiyasına edilən hücum nəticəsində təxminən 40 000 adam qaranlıqda qalıb və yerli hakimiyyət təhlükəsizlik üçün ərazidə fövqəladə vəziyyət elan edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=92983