
ABŞ-da evdə partlayış: 4 ölü
ABŞ-ın Pensilvaniya ştatında bir evdə baş verən partlayışda 4 nəfər ölüb, 1 nəfərdən isə hələ ki, xəbər yoxdur.
Busaat.az bildirir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Mənbənin sözlərinə görə hadisənin başvermə səbəbi hələ ki, məlum deyil.
Partlayışın təsiri ilə 3 ev dağılıb, ətrafdakı bir çox evə ziyan dəyib.
Hadisə zamanı xəsarət alan 2 nəfərin vəziyyətinin stabil, 1 nəfərin isə həyati təhlükəsi olduğu qeyd edilib.
Hadisə ilə bağlı polis araşdırmalarını davam etdirir.























