Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 994 $▲1.38%
  • Ethereum1 824 $▲3.14%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

ABŞ-da kriptovalyuta birjası FTX-ə qarşı istintaq başladıldı

image-1613454004-0836
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC), Əmtəə Fyuçers Ticarət Komissiyası (CFTC) və ABŞ Ədliyyə Departamentinin kriptovalyuta birjası FTX ilə bağlı araşdırmaya başladığını bildirib.

Busaat.az xəbər verir ki, ABŞ mətbuatında yer alan xəbərlərə görə FTX-nin likvidlik sıxıntısı zamanı müştəri vəsaitlərini necə idarə etdiyinin araşdırıldığı bildirilib.

SEC və CFTC-nin araşdırmalarının FTX-nin likvidlik böhranı ilə əlaqəli olduğu bildirilərkən, SEC-in aylardır FTX-nin kredit fəaliyyətlərini araşdırdığı qeyd olunub. ABŞ Ədliyyə Nazirliyinin həyata keçirdiyi araşdırmanın isə, dələduzluq kimi qanun pozuntuları ilə bağlı olduğu vurğulanıb.

Digər tərəfdən Bloomberg-in hesabatında vurğulanıb ki, FTX Baş direktoru Sam Bankman investorlara nağd pul mənbəyi tapılmasa şirkətin iflas üçün müraciət etməli ola biləcəyi barədə xəbərdarlıq edib. Bankman-Fried kriptovalyuta birjasının 8 milyard dollarlıq kəsirlə üzləşdiyini bildirib.

Dünyanın ən böyük kriptovalyutası olan Binance-in təsisçisi və baş icraçı direktoru Changpeng Zhao FTX-i almağı planlaşdırdıqlarını açıqlayıb: “İstifadəçiləri qorumaq üçün FTX.com-u tam şəkildə əldə etmək və likvidlik probleminin həllinə kömək etmək üçün məcburi olmayan bir niyyət məktubu imzaladıq”.

Bununla belə Binance tərəfindən verilən ən son açıqlamada, ABŞ-da sui-istifadə ilə bağlı son xəbərlər və araşdırma iddiaları nəticəsində FTX birjasını satın almaq prosesini davam etdirməməyə qərar verdikləri bildirib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=90221