ABŞ-də Lan qasırğasının fəsadları artıb

image-flobackend

ABŞ-ın Florida əyalətində gecə boyunca davam edən Lan qasırğasıın səbəb olduğu zərərlər üzə çıxmağa başlayıb.

Busaat.az xəbər verir ki, bu barədə ABŞ Milli Qasırğa Mərkəzindən bildirilib.

Florida əyalətində başlamış və ölkənin içinə doğru davam edən qasırğa nəticəsində minlərlə avtomobil sular altında qalıb, evlərin damı uçub. Zərərçəkmiş insanlar köməksiz vəziyyətdə küçələrdə qalıb.

Milli Qasırğa Mərkəzi qasırğanın daha çox zərərə səbəb olacağı və leysan yağışlarının yaradacağı sel basqınlarının həyati təhlükə yarada biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, Floridada qasırğa səbəbi ilə indiyə qədər 2.5 milyona yaxın insana elektrik xidməti göstərilmir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90