
ABŞ-da nifrət cinayətləri artmaqdadır
2021-ci ildə qeydə alınan 7300 nifrət cinayəti son 10 ildə üçüncü ən yüksək cinayətdir.
Busaat.az xəbər verir ki, bu barədə ABŞ Federal Təhqiqat Bürosunun (FBİ) hesabatında bildirilir.
Hesabatda qeyd edilib ki, 2021-ci ildə nifrət cinayətlərinin artdığı müşahidə edilib.
Üstəlik, hüquq-mühafizə orqanlarının üçdə biri 2021-ci ildə yaşanan nifrət cinayətləri haqqında məlumat verməyib.
Hesabatda nifrət cinayətləri ilə üzləşənlərin əksəriyyətinin irqlərinə görə, eyni zamanda cinsi oriyentasiya və fərqli dini seçimlərinə görə hədəf alındığı bildirilib.
Kaliforniya Dövlət Universitetinin Nifrət və Ekstremizmin Tədqiqi Mərkəzi 20 ştatda polis məlumatlarından istifadə edərək, 2020-2021-ci illər arasında cinayət nisbətlərinin 21 faiz artdığını aşkar edib.
Araşdırmada 1 milyondan çox əhalisi olan şəhərlərdə nifrət cinayətlərinin yüzdə 39 artdığı halda, xüsusilə asiyalılara qarşı nifrət cinayətlərində nəzərəçarpacaq artım olduğu ifadə edilib.
Busaat.az























