ABŞ-da nümayişlərdə qan töküldü – Ölənlər var

ABŞ-da nümayişlərdə qan töküldü – Ölənlər varbackend

ABŞ-ın Viskonsin ştatında polisin qaradərili Ceykob Bleyki atəş açaraq yaralaması ilə başlayan etirazlarda iki nəfər həyatını itirib.

Busaat.az xəbər verir ki, Kenoşa polisindən leytenant Cozef Nosalik bildirib ki, gecə keçirilən etiraz aksiyaları zamanı ölənlərlə yanaşı, bir nəfər ağır yaralanıb.Yaralanan şəxsin xəstəxanada müalicə olunduğu və həyati təhlükəsinin olmadığı bildirilib.

Qubernator Toni Evers komendant saatının uzadılmasından sonra bölgədə fövqəladə vəziyyət elan edib.

Kenoşa məhkəmə binası önünə toplaşan etirazçıları dağıtmaq üçün polis rezin güllələrdən və gözyaşardıcı qaz bombalarından istifadə edib.

Etirazçılar polisin müdaxiləsinə “Qaradərililərin həyatı vacibdir” şüarları ilə cavab verib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90