
ABŞ-da ölkə daxilində birlik yoxdur - Henri Kissincer
Müasir çağırışlar fonunda ABŞ-da ölkə daxilində birlik yoxdur.
Busaat.az xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer bildirib.
“Bu gün biz yenə də daxili parçalanma səbəbilə kim olduğumuza və nəyin tərəfdarı olduğumuza dair mübahisələrlə bağlı beynəlxalq iğtişaşlardan əziyyət çəkirik. Qarşıda duran çağırışlarla üzləşmək üçün lazım olan daxili birliyi toplamaqda çətinlik çəkirik”, – Kissincer deyib.
O, həmçinin “heç bir azalma əlaməti göstərməyən” Ukrayna böhranını xatırladıb və “insan şüurunu dəyişdirən” süni intellektin inkişafı məsələsinə toxunub.
“Hazırkı hadisələrin hər biri güc və barışıq birləşməsini tələb edir“, – Kissincer əlavə edib.
Busaat.az























