
ABŞ-da orqanlarını bağışlayan məhbusların cəzası AZALDILACAQ
ABŞ-ın Massaçusets ştatında qanun layihəsi qəbul olunarsa, məhbuslar orqanlarını və ya sümük iliyini bağışlamaq müqabilində cəzalarını azaltmaq imkanı əldə edə bilərlər.
Busaat.az xəbər verir ki, Ştatın İslah Departamentində orqan və donorluq proqramının yaradılmasına yönəlmiş yeni qanun layihəsi təklif olunub.
Təklif qanun şəkilində qəbul olunarsa, proqram uyğun məhbuslara cəzalarının minimum 60 və maksimum 365 gün azaldılmasına icazə verəcək.
Proqrama nəzarət üçün məsul olan beş nəfərdən ibarət komitə yaradılacaq.
Komitə, həmçinin məhbusların uyğunluq standartlarına və şəxsin cəzasını yüngülləşdirmək üçün bağışlanan sümük iliyi və orqanlarının miqdarına da qərar verəcək.
Qeyd edək ki, hazırda ABŞ -ın Federal Həbsxanalar Bürosu məhbuslara orqanlarını bağışlamağa icazə verir.
Lakin Massaçusets ştatı da daxil olmaqla bir çox ştat həbsxanalarında orqan və ya sümük iliyinin bağışlanması üçün icazə yoxdur.
Busaat.az























