
ABŞ-da qar fırtınası 3 nəfərin həyatına son qoyub
ABŞ-ın Nyu York əyalətinin qərb və şimal bölgələrində təsirli olan qar fırtınası nəticəsində 3 nəfər həyatını itirib.
Busaat.az xəbər verir ki, yağan güclü qar həyatı iflic edib.
Cümə günü axşam saatlarında başlayan və təsirini davam etdirən qarın ümumi qalınlığı bir çox rayonlarda 1,8 metri keçib. Çoxlu maşın yolda qalıb.
Buffaloda iki nəfər qar fırtınası nəticəsində infarkt keçirərək ölüb.
Qarın Eri və Ontario gölü ətrafında davam edəcəyi gözlənilir.
Digər tərəfdən, Nyu-York qubernatoru Kathy Hochul da verdiyi açıqlamada ABŞ prezidenti Co Baydendən “federal fövqəladə vəziyyət” elan etməsini tələb edəcəyini bildirib.
Busaat.az























