
ABŞ-da qəlyan dükanına silahlı hücum nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb
ABŞ-ın Vaşinqton ştatında qəlyan dükanına hücum olub.
Busaat.az xarici mediaya istinadən xəbər verir ki, silahlı basqın nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.
Açqılamaya görə, hücum zamanı güllə hədəfi olan 22 və 33 yaşlı iki kişi hadisə yerində, 30 yaşlı qadın isə aparıldığı xəstəxanada dünyasını dəyişib.
Polis 21-38 yaşlarında olan altı yaralıdan birinin vəziyyətinin ağır olduğunu, digərlərinin isə nisbətən yaxşı olduğunu bildirib.
Hadisə yerindən 5 silah tapıldığı deyilir.
Ölənlərin adları açıqlanmayıb.
Hücumun səbəbləri araşdırılır.























