
ABŞ-da silahlı hücum: 10 yaralı
ABŞ-ın Florida ştatında baş verən atışmada 2-si ağır olmaqla 10 nəfər yaralanıb.
Busaat.az xəbər verir ki, Lakeland Polis İdarəsinin açıqlamasına görə, şübhəli avtomobildə olan 4 nəfər atəş açmağa başlayıb.
Yerli vaxtla saat 15:43-də baş verən hadisədə ikisi ağır olmaqla 10 nəfərin yaralanıb.
Polis hücumun təsadüfi edilmədiyini və qurbanların planlı şəkildə hədəf alındığını bildirib.
Busaat.az























