ABŞ-da tibb bacısı “Pfizer” peyvəndini vurdurduqdan sonra huşunu itirdi – Video

ABŞ-da tibb bacısı “Pfizer” peyvəndini vurdurduqdan sonra huşunu itirdi – Videobackend

Tiffani Dover adlı tibb bacısı Tennessi xəstəxanasında “Pfizer” koronavirus peyvəndini vurdurduqdan sonra huşunu itirib.

Busaat.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə qadının peyvəndlənmədən sonra verdiyi reportaj zamanı qeydə alınıb. Tibb bacısı jurnalistlərə başının gicəlləndiyini bildirib, daha sonra isə yıxılıb.

“Bilirsinizmi, bütün işçilər peyvəndi almaqdan çox xoşbəxtdirlər. Və bilirəm ki, bu həqiqətən… Üzr istəyirəm, başım çox gicəllənir”,-deyən tibb bacısı bundan sonra huşunu itirib.

Amma həkimlər bu hadisənin peyvənd komponentləri ilə əlaqəli olmadığını iddia ediblər. Qadın da özünə gəldikdən sonra bildirib ki, o adətən ağrı hiss etdikdə huşunu itirir.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin açıqlamasında da bildirilib ki, müxtəlif tibbi prosedurlar zamanı insanların özündən getməsi adətən ağrı və narahatlıq səbəbindən baş verir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90