
ABŞ-da tropik qasırğalardan sonra həddindən artıq istilərlə bağlı xəbərdarlıq edilib
ABŞ-da tropik tufanlardan sonra orta qərb və cənub ştatları üçün isti hava xəbərdarlığı edilib.
Busaat.az xəbər verir ki,bu barədə ABŞ Meteorologiya Xidməti məlumat yayıb.
Açıqlamaya görə, Hillari və Harold tropik fırtınalarından sonra orta qərb və cənub ştatlarında təsirini göstərən yüksək təzyiq zonası ölkənin isti havası səbəb olub.
Təhlükəli isti dalğası 68,8 milyon insana və ya ABŞ əhalisinin 20 faizindən çoxuna təsir edib.
ABŞ-ın Çikaqo, Hyuston və Minneapolis şəhərlərində hiss olunan temperatur 43 dərəcəyə yüksəlib.
Daşqınlar və torpaq sürüşmələri, 84 ildə Cənubi Kaliforniyanı vuran ilk tropik fırtına olaraq vurğulanan Hillari və Texasa təsir edən Harold tropik fırtınasından sonra meydana gəlib.
ABŞ-ın cənub-şərqində Dominikan Respublikası və Haitidə yerləşən Hispaniola adası və Puerto Riko torpaqlarını vuran Franklin tropik qasırğasının ölümcül sürüşmə və daşqınlara səbəb ola biləcəyi açıqlanıb.
ABŞ Milli Okean və Atmosfer İdarəsi builki qasırğa mövsümünün normadan yüksək olacağı barədə xəbərdarlıq edərək, 14-21 fırtınanın gözlənildiyini bildirib.
Qeyd olunub ki, gözlənilən tufanlardan 6-dan 11-dək qasırğaya, 2-dən 5-dək isə böyük qasırğaya çevrilməsi ehtimalı var.























