Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 760 $▲1.01%
  • Ethereum1 807 $▲2.16%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

ABŞ-da Türkiyəyə dəstək olmaq üçün zəlzələ zonasına yardımlar toplanır

image-us-aid-to-tr-080223-aa-1991960_2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Kahramanmaraşda baş verən dəhşətli zəlzələlərdən sonra Türkiyəyə göndərilmək üçün San Fransisko və Silikon Vadisində yardım materialları toplanıb.

Busaat.az xəbər verir ki, Türkiyənin Vaşinqtondakı Səfirliyinin koordinasiyası ilə toplanan yardıma San-Fransisko və Silikon Vadisindəki qeyri-hökumət təşkilatları da dəstək verib.

San-Fransisko və onun körfəzindəki qeyri-hökumət təşkilatlarından və zəlzələ qurbanlarına yardım etmək istəyən könüllülərdən alınan materialları Silikon Vadisi Dini Mərkəzi, Amerika Zəkat Fondu və Hidaye Fondunun anbarlarında toplanır.

Suriya əsilli Basil Haşim bu təşkilatlar vasitəsilə Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə yardım göndərə bildiyi üçün xoşbəxt olduğunu dilə gətirib.

Dostu ilə iki maşında yardım materialları gətirən Axıska türkü Nur Məhəmməd deyib: “Eşitdiyimiz zaman çox kədərləndik və kömək etməyə çalışırıq”.

Uşaq bezi, uşaq paltarı və ədyal gətirdiyini ifadə edən Lena Naboulsi, “Türkiyə və Suriyada baş verənlərə görə çox təəssüflənirik və əlimizdən gələni etməyə çalışırıq”, – deyə qeyd edib.

Həyat yoldaşı və uşağı ilə köməyə qaçan azərbaycanlı Elnur İbrahimov əlavə edib: “Qardaşlarımızın yanındayıq, çox üzülürük, Allah kömək olsun”.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=99836