
ABŞ-da üç silahlı hücum: 10 ölü, 38 yaralı
ABŞ-də son 48 saat ərzində 10 nəfər ölüb, 38 nəfər yaralanıb.
Busaat.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
Hadisələr ABŞ-də silaha nəzarət müzakirələrini yenidən gündəmə gətirib. ABŞ prezidenti Co Bayden silaha nəzarət qanunlarının qəbul edilməsinə çağırışını bir daha təkrarlayıb.
Fort-Uortda yerli festivaldan sonra atışma nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb.
Bazar ertəsi axşam Filadelfiyada da silahlı atışma baş verib.
Zirehli və AR-15 tüfəngi ilə silahlanmış şübhəli şəxs tanımadığı şəxslərə atəş açaraq 5 nəfəri öldürüb.
Hücum zamanı 2 və 13 yaşlı uşaq olmaqla 2 nəfər yaralanıb.
Baltimorda dünən bir məhəllədə küçə şənliyində baş verən silahlı hücumda isə 2 nəfər ölüb, 28 nəfər yaralanıb. Xəsarət alanların əksəriyyəti uşaqlardır.
Busaat.az























