
ABŞ-da universitetə silahlı hücum: 3 ölü, 5 yaralı
ABŞ-ın Miçiqan Dövlət Universitetinin kampusuna silahlı hücum nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb.
Busaat.az xəbər verir ki, polisin məlumatına görə, dünən gecə universitet şəhərciyinə silahlı hücum olub.
Polis Şərqi Lansing şəhərciyində “qırmızı ayaqqabılı, cins pencək və papaqlı qara kişi” olduğu ehtimal edilən şübhəlini axtarıb.
Hücum nəticəsində 3 nəfərin öldüyü, 5 nəfərin isə xəstəxanaya yerləşdirildiyi təsdiqlənib.
Polisdən verilən açıqlamaya görə, şübhəli hücumdan sonra intihar edib.
Qeyd edək ki, 50,000 tələbəsi olan Miçiqan Dövlət Universitetində dərslər 48 saat ərzində ləğv edilib.
Busaat.az























