Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.242 $▼2.70%
  • Qızıl3 888 $▼0.75%
  • Gümüş48.65 $▼3.17%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.50 ¢▲0.38%
  • Bitcoin67 127 $▼1.61%
  • Ethereum1 900 $▼1.41%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

META-da uşaq SKANDALI

image-azertac
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Şimali Kaliforniyada ABŞ-ın 41 ştatı və Kolumbiya dairəsinin birgə təşəbbüsü ilə “Meta”ya qarşı məhkəmə iddiası qaldırılaraq, onun platformalarının qəsdən gənc istifadəçilərə zərər verən funksiyaları ehtiva etdiyi iddia olunub.

Busaat.az  AZƏRTAC istinadən xəbər verir ki, “The Wall Street Journal”ın məlumatına istinadla xəbər verir ki, “Meta” haqqında ictimaiyyəti çaşdırmaq iddiası ilə açılan işdə ən azı 40 vəkilin çalışdığı bildirilib. İddia olunur ki, şirkət qaydalarına əsasən, platformalara daxil olması qadağan olan 13 yaşından kiçik uşaqlara “Meta” öz məhsullarını bilə-bilə satır.

“Meta”nı məhsul xüsusiyyətlərini dəyişdirmək və gənc istifadəçilərə yönəlmiş zərərlərə diqqət çəkmək məqsədi daşıyan iddia 33 ştatın federal məhkəməsi və 9 əyalətin baş prokuroru ilə yanaşı, ümumilikdə 41 ştatın təşəbbüsü ilə açılıb.

İddianamədə qeyd edilir ki, “Meta” sosial media platformalarında müstəqil ekspert analizləri və daxili araşdırmalar nəticəsində verilən məlumatlara baxmayaraq, məlum zərərli xüsusiyyətlərindən əl çəkməyib gənc istifadəçilərin əqli və fiziki sağlamlığına təsirlərini təhrif etmək, gizlətmək üçün səylərini ikiqat artırıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=129118