
ABŞ-dan İsveçə dəstək: “Şimal axını” hadisəsini araşdırılsın"
“Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərləri Sentyabrın 26-sı tarixində ciddi qaz sızıntısına məruz qalıb.
Busaat.az xəbər verir ki, bu barədə Nord Stream AG şirkəti məlumat yayıb.
Hadisə nəticəsində qaz borularına ciddi zərər dəyib. Bundan sonra ABŞ və Avropa ölkələri hadisənin təxribat olduğu barədə iddialar səsləndirib.
“ABŞ Dövlət katibinin müavini Vendi Şerman İsveç Xarici İşlər naziri Anne Linde “Şimal axını” boru kəmərlərində baş verən təxribatı müzakirə edib” – deyə, ABŞ Dövlət Departamentinin Mətbuat katibi Ned Prays bildirib.
“ABŞ qaz sızmasında mümkün təxribat ehtimalı ilə bağlı araşdırmanın aparılması üçün İsveç və Avropadakı digər tərəfdaşlarını dəstəkləyir. Biz müttəfiqlərimizlə Avropa Enerji Təhlülkəsizliyini təşviq etmək öhdəliyimizdə qalırıq. ABŞ İsveçlə regional və qlobal məsələlərdə əməkdaşlığı gücləndirməyə davam edəcək” –deyə, Şerman bildirib.
“Anqlosaksonlar üçün sanksiyalar kifayət deyil. Onlar təxribata əl atıblar. Bu inanılmazdır, amma doğrudur. Baltik dənizinin dibi ilə keçən “Şimal axını” beynəlxalq qaz kəmərlərində partlayışlar təşkil edilib və əslində onlar ümum-Avropa enerji infrastrukturunu dağıtmağa başlayıb. Hərkəsə aydındır ki, bundan kimə xeyir var. Bundan faydalanan isə bunu edəndir” –deyə, Rusiya prezidenti Vladimir Putin vəziyyəti qərbin üzərinə atıb.
Busaat.az























