ABŞ-dan Ukraynaya “uzunmüdddətli” dəstək SÖZÜ: “Hazırlıq işləri görülür”

image-lloyd-ostin-pentaqonbackend

“Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya uzunmüddətli hərbi dəstəyi davam etdirəcəyik. Önümüzdəki aylar və illər üçün Ukraynanın müdafiə ehtiyaclarını dəstəkləmək üçün hazırlıq işləri görürük”.

Busaat.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Naziri Lloyd Ostin söyləyib.

“Rusiya müharibəni, Ukrayna özünümüdafiəni seçdi və bunu çox gözəl davam etdirir. Rusiya düşünürdü ki, dünya susacaq, Ukrayna özünü müdafiə edə bilməyəcək və o asanca işğal siyasətini həyata keçirəcək. Bütün bu fərziyyələrin nə qədər yanlış olduğunu görmək üçün döyüş meydanına və bu salona baxın” – deyə, ABŞ Müdafiə naziri qeyd edib.

Bir çox ölkənin Ukrayna ordusuna dəstək verdiyini və bunun döyüş meydanında nəzərəçarpacaq bir dəyişiklik yaratdığını ifadə edən Ostin əlavə edib: “Ukrayna qüvvələri müharibənin dinamikasını dəyişərək yüzlərlə yaşayış məntəqəsini rus işğalından azad edib. Bu qələbə Ukrayna əsgərlərinə məxsusdur, lakin dünyadan gələn fərqli təhlükəsizlik yardımları və səyləri həyati əhəmiyyət kəsb edir”.

Çıxışında 5 dəfə “uzunmüddətli dəstək” ifadəsini işlədən Ostin, Ukraynaya dəstək vermələrinin lazım olduğunu qeyd edib: “Ukraynanın müdafiə qabiliyyətini günümüzün ehtiyaclarına uyğun olaraq gücləndirəcəyik”.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90