
ABŞ-dan Ukraynaya yeni yardım paketi
ABŞ-ın Milli Təhlükəsizlik üzrə müşaviri Jake Sullivan ABŞ-ın Ukraynaya “kritik hava hücumundan müdafiə vasitələrini” ehtiva edən yeni müdafiə yardımı edəcəyini bildirib.
Busaat.az xəbər verir ki, bu barədə Sullivan ABŞ prezidenti Coe Baydenin Şimali Afrika və Asiya turundan əvvəl Ağ Evdə açıqlama verib.
ABŞ-ın bu gün Ukraynaya yeni müdafiə yardım paketini açıqlayacağını bildirən Sullivan, bu paketin kritik hava hücumundan müdafiə vasitələrini ehtiva edəcəyini qeyd edib.
Yardım paketinə HAWK hava hücumundan müdafiə sistemləri və ABŞ-ın Avenger Hava Hücumundan Müdafiə Sistemi üçün raketlərin daxil olacağı vurğulanıb. Keçən həftə Kiyevə getdiyini və Ukrayna prezidenti Volodimir Zelenski və yüksək səviyyəli Ukrayna rəsmiləri ilə görüşdüyünü bildirən Sullivan hava hücumundan müdafiə sisteminin ukraynalılar üçün kritik əhəmiyyət daşıdığını vurğulayıb.
“Rusiya Ukraynada mühüm mülki infrastrukturlara hücum etmək üçün qanadlı raketlərdən və İran istehsalı olan pilotsuz təyyarələrdən istifadə etməyə davam edir” –deyə, Sullivan ABŞ-ın Ukraynaya lazım olan hər cür yardımı davam etdirəcəyini qeyd edib.
Bundan əlavə, Sullivan Rusiyanın Xersondan çıxarılmasını tarixi dönüş nöqtəsi adlandırıb. O bildirib ki, ukraynalılar Rusiya ilə diplomatiya aparmağa qərar verəcək və ABŞ bu mövzuda Ukraynaya hər hansı təzyiq göstərməyəcək.
Busaat.az























