ABŞ Daxili Təhlükəsizlik Departamenti: “Hələ də yüksək təhlükə altındayıq”

image-16053429276514157011_1200x630backend

ABŞ Daxili Təhlükəsizlik Departamenti 2021-ci ilin yanvarından bəri səkkizinci dəfədir ki, ölkədə terrorizmlə bağlı potensial təhlükələrə dair Milli Terrorizm Direktiv Bülletenini dərc edib.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, bülletendə deyilir.

“Birləşmiş Ştatlar yüksək təhlükə altında qalmaqdadır. İdeoloji inanclar və şəxsi narazılıqlarla motivasiya olunan tək təcavüzkarlar və kiçik qruplar, həm məişət zorakılığı, həm də xarici terror təşkilatları ilə əlaqəli olanlar ölkə daxilində davamlı və ölümcül təhlükə yaratmaqda davam edir. Tərəfdarlarını zorakılığa dəstək mesajları və onlayn çağırışlar vasitəsilə müxtəlif hücumlar etməyə təşviq etməyə davam edir”.

Bülleten önümüzdəki aylarda insanları zorakılığa sövq edə biləcək mövzuların içində 2024-cü il prezident seçkiləri prosesi və ictimai-siyasi məsələlərlə bağlı hüquqi və ya məhkəmə qərarları, yaxud hadisələr, məktəblər, irqi və etnik azlıqlar, hökumət işçiləri və polisin olduğu barədə xəbərdarlıq edib.

Son aylarda ABŞ-də baş verən mühüm silahlı hücumlar və zorakılıq aktlarının yer aldığı bülletendə bu hadisələrin ölkədə təhlükə səviyyəsinin artdığını ortaya çıxardığı bildirilib.

Direktivin 24 Noyabr 2023-cü il tarixinə qədər qüvvədə olacağı bildirilən bülletendə ictimaiyyətə özləri üçün risk yarada biləcək vəziyyətlərə hazır olmaq və ictimai təhlükəsizlik bölmələrinin göstərişlərinə əməl etmək tövsiyə edilib.

2021-ci ilin yanvar ayından bəri 8-ci dəfə Milli Terrorla Mübarizə Direktiv Bülletenini nəşr edən Nazirlik yanvar ayında son direktiv bülletenini dərc edib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90