
ABŞ-də 40-dan çox avtomobil toqquşdu: 6 nəfər öldü
ABŞ-nin İllinoys ştatında Interstate 55 avtomobil yolunda təsirli olan qum fırtınası səbəbiylə 40-dan çox avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzanın fəsadları bəlli olub.
Busaat.az xəbər verir ki, İllinoys ştatının polisi Ryan Starrick verdiyi açıqlamada, görmə məsafəsinin demək olar sıfıra endiyi şossedə baş verən qəzada 6 nəfərin öldüyünü, yaşları 2 ilə 80 arasında olan 37 nəfərin isə yaralanaraq xəstəxanaya aparıldığını açıqlayıb.
Qəzaya 40-60 minik və yük maşınının qarışdığını və yük maşınlarından 2-nin alovlandığını bildirən Starrik deyib: “Qəza ferma sahələrində qumları uçuran və görmə məsafəsini sıfıra endirən güclü küləkdən qaynaqlanır. Bu qeyri-adi deyil. Əvvəllər analoji hallar İllinoys ştatının müxtəlif yerlərində baş vermişdi”.
Qəzadan sonra magistral hər iki istiqamətdə nəqliyyatın hərəkəti üçün bağlanıb.
Busaat.az























