
ABŞ-də alov atan robot itlər satışa çıxarılacaq
“Throwflame” şirkəti “Thermonator” adlı alov qurğusu ilə təchiz edilmiş robot iti təqdim edib.
Busaat.az xəbər verir ki, bu barədə “The Messenger” məlumat yayıb.
“Gazeta”nın məlumatına görə, “Throwflame” robot itin arxasına quraşdırılmış ARC alov qurğusuna cavabdehdir. Alov qurğusunun alov uzunluğu 9,1 metrə çata bilər.
“Thermonator”-un tərtibatçıları robot iti 2023-cü ilin payızında satışa çıxarmaq niyyətindədirlər. 16,7 kiloqramlıq döyüş robotunun qiyməti hələ açıqlanmayıb.
Qeyd edək ki, istehsalçı “Thermonator”-un hansı məqsədlər üçün istifadə edilə biləcəyini dəqiqləşdirməyib.
Busaat.az























