
ABŞ-də silahlı hücum: 1 ölü, 3 yaralı
ABŞ-nin Atlanta şəhərində silahlı hücum nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Busaat.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Corciya ştatının Atlanta şəhərində Northside Hospitalın yaxınlığında baş verib.
Hadisə yerinə çoxlu sayda təcili yardım və polis göndərilib.
Təcavüzkarın hadisə yerindən qaçdığı bildirilir.
Busaat.az























