
ABŞ-də silahlı hücum! - Ölülər var
ABŞ-nin Nyu-Meksiko ştatının Farminqton şəhərində baş verən atışmada azı 3 nəfərin öldüyü, 2 polisin yaralandığı bildirilib.
Busaat.az xarici mediaya istinadən xəbər verir ki, xəstəxanaya çatdırılan yaralıların vəziyyətinin stabil olduğu, silahlının hadisə yerində polis tərəfindən zərərsizləşdirildiyi paylaşılıb.
Hücum səbəbilə Farmington Məktəb Bölgəsi rəhbərliyinin şəhərdəki bütün məktəblərdə giriş-çıxışların bir müddətlik dayandırdığı, hadisədə şagirdlərin və məktəb işçilərinin zərər görmədiyi açıqlanıb.
Hücum edənin kimliyi və hadisənin səbəbi ilə bağlı təfərrüatlar paylaşılmasa da, istintaqın davam etdiyi qeyd edilib.
Təxminən 46 000 əhalisi olan Farminqton Nyu-Meksiko ştatının paytaxtı Santa Fedən təxminən 320 kilometr şimal-qərbdə yerləşir.
Busaat.az























