
ABŞ-də Ukraynaya uzaqmənzilli raketlərin çatdırılması ilə bağlı səssiz müzakirələr gedir - NYT
ABŞ administrasiyasında Ukraynaya ATACMS uzaqmənzilli raketlərin çatdırılması ilə bağlı müzakirələr davam edir.
Busaat.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) Amerika və Avropa rəsmiləri arasındakı mənbələrə istinadən məlumat yayıb.
Ölkənin Müdafiə Nazirliyi qeyd edib ki, ABŞ-nin nisbətən kiçik ATACMS arsenalına malikdir, ona görə də onların Ukraynaya təhvil verilməsi digər regionlarda döyüş qabiliyyətinə təhlükə yarada bilər.
Qeyd edək ki, ATACMS Amerika şirkəti Lockheed Martin tərəfindən istehsal olunan uzaq mənzilli idarə olunan raketlərdir. Onlar həmçinin M270 MLRS və M142 HIMARS kimi bir çox raket sistemlərindən atəşə tutula bilər. Ukraynada artıq bunlar var. Ən son dizaynlı raketlər 310 kilometr məsafədəki hədəfi 1 metr dəqiqliklə vura bilir. Lockheed Martin, 1980-ci illərdən bəri təxminən 4000 ATACMS istehsal edildiyini bildirdi..
Busaat.az























