
ABŞ-də yük qatarı relsdən çıxıb, vaqonlar çaya aşıb
ABŞ-nin Montana ştatında relsdən çıxan yük qatarının vaqonları Klark Fork çayına aşıb.
Busaat.az xəbər verir ki, Sanders qraflığının şerif ofisindən verilən açıqlamada yerli vaxtla saat 09:20 radələrində baş verən qəzada 25 vaqonun relsdən çıxaraq yol kənarına və Klark Fork çayına aşdığı qeyd edilib. Hadisə zamanı insan itkisi olmayıb.
Qəzanın səbəbləri və qatarda nələrin daşındığı barədə heç bir açıqlama verilməyib. Hadisə yerinə gələn qruplar qəza ilə bağlı araşdırma başladıb.
Busaat.az























