Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin63 687 $▼1.14%
  • Ethereum1 748 $▼1.41%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

ABŞ-dən Türkiyə-Ermənistan BƏYANATI

image-f60f171a14e809_60f171a14e849
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ermənistan Ermənistanda Osmanlı siyasi və hərbi liderlərinin və Azərbaycan dövlət rəsmilərinin qətlinin səbəbkarlarına həsr olunmuş Nemesis abidəsini açdıqdan sonra ABŞ Dövlət Departamentinin gündəlik mətbuat konfransında Türkiyənin öz hava məkanını erməni təyyarələri üçün bağlaması gündəmə gəlib.

Busaat.az xəbər verir ki, mövzu ilə bağlı sualı cavablandıran ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel Türkiyə ilə Ermənistan arasında normallaşma prosesini güclü şəkildə dəstəklədiklərini və bu prosesin təkcə iki ölkə üçün deyil, həm də regionun sabitliyi üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Bununla belə, Patel qeyd edib: “Türkiyənin Ermənistan təyyarələrinin onun hava məkanından istifadə icazəsini dayandıracağını açıqlayıb. Bunu məyusluqla qarşıladıq”.

İki ölkənin hava əlaqələrinin yenidən başlaması ilə bağlı əvvəlki qərarının etimad yaradılması üçün əhəmiyyətli olduğunu ifadə edən Patel bildirib: “Səmimi ümidimiz Türkiyə və Ermənistanın iqtisadi əlaqələri yenidən qurması və nəqliyyat əlaqələrini yenidən açmasıdır”.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=108727