
ABŞ-dən Türkiyəyə F-16-lar üçün yaşıl işıq
ABŞ Dövlət Departamenti “Link-16” taktiki məlumat ötürücü şəbəkəsinin F-16 döyüş təyyarələrinin rabitə sisteminin modernləşdirmə dəstlərinin satışı ilə bağlı qərarı rəsmi olaraq Konqresə çatdırıb.
Busaat.az xəbər verir ki, ABŞ-nin rəsmi silah satışı qərarını Konqresə bildirən Müdafiə və Təhlükəsizlik Əməkdaşlıq Agentliyindən hələlik heç bir rəsmi açıqlama verilməyib, lakin “Anadolu Agentliyi”nin müxbirinin əldə etdiyi məlumata görə, “Link-16” taktiki məlumat bağlantısı sistemi satış paketində mövcud olan “Blok Təkmilləşdirmə-2” səviyyəsinə yüksəldilmib, Avtomatik Toqquşmadan Qaçma Sistemləri, həmçinin müvafiq avadanlıq və mühəndislik dəstəyi ilə də təhciz olunmuşdur.
ABŞ Konqresinin NATO üzvlərinə verilən satış icazələri üçün 15 iş günü ərzində, NATO üzvü olmayan ölkələr üçün isə 30 iş günü ərzində Departamentin qərarından şikayət etmək hüququ var.
Dövlət Departamenti adətən Konqresi öz satış planları haqqında məlumatlandırır və geri qaytarıldıqdan sonra rəsmi bildiriş verir.
Link-16, həmçinin taktiki məlumat bağlantısı (TDL) kimi tanınan, NATO və müttəfiq ölkələr tərəfindən istifadə edilən hərbi radio şəbəkəsidir.
Bu şəbəkə təyyarələr, helikopterlər, pilotsuz uçuş aparatları (PUA), gəmilər və quru qoşunları arasında taktiki məlumat mübadiləsini təmin edir.
Link-16 yüksək sürətli məlumat ötürülməsi, məlumatların avtomatik yenilənməsi, dinamik marşrutlaşdırma və geniş əhatə dairəsi kimi xüsusiyyətləri ilə tanınır. O, hava hücumundan müdafiə, hava hücumu, dəniz müharibəsi və digər taktiki əməliyyatlarda istifadə oluna bilən bir sıra rabitə rejimlərini təklif edir.
Busaat.az























