
ABŞ Dövlət Departamenti Polşaya 96 ədəd Apaçi helikopterinin satışına icazə verib
ABŞ Dövlət Departamenti Polşaya 12 milyard dollar dəyərində 96 ədəd “AH-64E Apache” helikopteri və müvafiq avadanlıqların göndərilməsinə icazə verib.
Busaat.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Açıqlamada qeyd edilib ki, atışın təsdiqi ilə bağlı Konqresə bildiriş göndərilib.
Dövlət Departamentinin silah satışına icazə verməsi sadəcə olaraq satışın ABŞ administrasiyası üçün problem olmadığını bildirir.
ABŞ Konqresi 30 iş günü ərzində Departamentin qərarına etiraz etməzsə, administrasiya satış paketinin məzmunu ilə bağlı satışın təsdiq edildiyi ölkə ilə müzakirələrə başlayır.
Bu danışıqların sonunda ABŞ həmin ölkəyə təklif məktubu təqdim edir. Təklif müsbət cavab alarsa, satınalma prosesi baş verir.























